Məşhur model ana olduqdan sonra podiuma qayıtdı - FOTO

Məşhur model ana olduqdan sonra podiuma qayıtdı - FOTO
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur model Barbara Palvin ilk övladını dünyaya gətirdikdən təxminən altı həftə sonra “Victoria’s Secret” moda nümayişində podiuma çıxıb.

Sfera.az xəbər verir ki, 33 yaşlı model Los-Ancelesdə təşkil olunan dəfilədə çəhrayı tonlarda olan geyimi ilə diqqət çəkib.

Barbara Palvin və aktyor həyat yoldaşı Dilan Spraus sentyabr ayında ilk övladlarının dünyaya gəldiyini açıqlayıblar. Doğuşdan qısa müddət sonra podiuma qayıdan model dəfilədən əvvəl bu dövrün onun üçün olduqca gərgin keçdiyini bildirib.

“Victoria’s Secret” moda nümayişində şəffaf detalları olan çəhrayı libasla podiuma çıxan Palvinə həyat yoldaşı Dilan Spraus da tamaşaçılar arasından dəstək olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR