“Göz yaşlarımı saxlamaq çətin idi“

“Göz yaşlarımı saxlamaq çətin idi“
Kateqoriya məlum deyil
T

Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb.

Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib.

Lətifə bu gün olduğu qadına, keçdiyi yola və qazandığı təcrübələrə görə Allaha şükür etdiyini vurğulayıb:

“Bu görüntülərdə özümün hər bir versiyamla yenidən qarşılaşdım. Hər biri ayrı bir dövr, ayrı bir hekayə, ayrı bir mən. Etiraf edim ki, göz yaşlarımı saxlamaq çətin idi.

Keçmişdəki hər bir versiyam bugünkü məni yaratdı. Hər biri məni bir az daha güclü, bir az daha müdrik etdi. Heç birindən imtina etməzdim, çünki hər birinə minnətdaram.

Həyatım boyunca bir dəfə də olsun Allahın mənim üçün yazdığı yoldan şübhə etmədim. Hər zaman inandım, hər zaman şükür etdim. Hətta anlamadığım anlarda belə…

Bu gün geriyə baxanda anlayıram ki, hər şeyin öz zamanı, hər yaşanmışlığın öz hikməti var imiş. Keçmişdəki bütün versiyalarıma sevgi və minnətdarlıqla baxıram. Qarşıdakı versiyalarımı isə eyni inamla, eyni şükürlə qarşılayacağam.

Çünki mən hələ də Allahın mənim üçün yazdığı o gözəl hekayənin içindəyəm. Və bu hekayənin davamını da ona sonsuz inamla əmanət edirəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR