Həbsdə olan Nəvainin aqibəti necə olacaq?

Həbsdə olan Nəvainin aqibəti necə olacaq?
Kateqoriya məlum deyil
T

Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər.

Sfera.az xəbər verir kiI, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasına çalışırlar. Nəvainin vəkili girov məbləğinin təxminən 2,1 milyon tenge (təxminən 7 900 manat) ola biləcəyini açıqlayıb. Bununla bağlı qərarı məhkəmə verəcək. Apellyasiya şikayətinə gələn həftə baxılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 14-də Nəvai Qazaxıstana giriş zamanı saxlanılıb. Məlumata görə, onun avtomobilində narkotik vasitələr aşkarlanıb. Reper iki aylıq həbs edilib. O, dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.

Bildirilib ki, sənətçi narkotik təsiri altında avtomobil idarə etməkdə də şübhəli bilinir. Lakin reper ittihamı qəbul etmir.

2 ay müddətinə həbs olunan Nəvai barəsində Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə də tədbir görülə bilər. Həmin maddə narkotik təsiri altında avtomobil idarə etməyə görə sürücülük hüququndan 7 il müddətinə məhrumetmə və 15 sutka inzibati həbs nəzərdə tutur.

Nəvainin Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanasına yerləşdirildiyi bildirilib.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR