Sibel Canın sevgilisi barəsində saxlanılma qərarı
Türkiyəli jurnalist Murat Ağırel ev dustaqlığında olmasına və ayağında elektron qolbaq daşımasına baxmayaraq, yenidən saxlanılıb. Eyni istintaq çərçivəsində siyasətçi Mustafa Sarıgülün oğlu Ömer Sarıgül və keçmiş həyat yoldaşı Aylin Kotil də saxlanılıblar. İş adamı Emir Sarıgül barəsində isə saxlanılma qərarı verilib.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Şule Aydın sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Murat Ağırel İstanbulun Vatan prospektində yerləşən Polis İdarəsinə aparılıb.
Jurnalist İsmail Saymaz isə Ağırelin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirib. Qeyd edək ki, Saymaz da “xalqı yanıldan məlumatları açıq şəkildə yaymaq” ittihamı ilə ev dustaqlığındadır. Eyni istintaq çərçivəsində “Sözcü” qəzetinin redaktoru Mustafa Balcı və jurnalist Şaban Sevinç də həbs olunublar.






