Türkan Şorayın fotosu: Görənləri heyran etdi
Yeşilçamın əfsanəvi aktrisalarından biri olan Türkan Şorayın illər əvvəl çəkilmiş fotosu yenidən gündəmə gəlib. Bir dövrə gözəlliyi ilə damğa vuran aktrisanın gənclik illərinə aid görüntüləri sosial şəbəkələrdə maraq doğurub.
Sfera.az xəbər verir ki, keçmiş illərə aid fotoları ilə yenidən diqqət mərkəzinə düşən məşhurlar izləyiciləri nostalji hislər yaradır.
Bu dəfə maraq doğuran ad türk filmlərinin unudulmaz simalarından Türkan Şoray olub.
Türkiyənin “Sultanı” kimi tanınan aktrisa illər keçməsinə baxmayaraq, gözəlliyi ilə diqqət çəkməyə davam edir. Özünəməxsus makiyaj tərzi ilə də tanınan Şoray son vaxtlar “Turkish delight makeup” trendi ilə beynəlxalq miqyasda müzakirə olunub.
Məlumata görə, aktrisa karyerasının ilk illərində burnunda estetik əməliyyat, daha sonra isə dodaq dolğusu etdirib. Bununla belə, gənclik illərinə aid fotolarında təbii görünüşü ilə də diqqət çəkib.
İradə Elsevər








