Cemre Baysel və Emirhan Topçu arasında eşq iddiası

Cemre Baysel və Emirhan Topçu arasında eşq iddiası
Kateqoriya məlum deyil
T

“Güller ve Günahlar” serialında rol alan Cemre Bayselin futbolçu Emirhan Topçu ilə eşq yaşadığı iddia olunub.

Sfera.az xəbər verir ki, Türkiyənin “Güller ve Günahlar” serialında Zeynep obrazını canlandıran Cemre Bayselin “Beşiktaş” klubunun futbolçusu Emirhan Topçu ilə sevgili olduğu irəli sürülüb.

İkili haqqında yayılan iddialar Topçunun anasının sosial şəbəkədə aktrisanı izləməyə başlamasından sonra daha da diqqət çəkib.

Sonuncu dəfə yarış pilotu Cem Bölükbaşı ilə münasibətdə olan Cemre Baysel ayrılıq xəbərlərini “Bitdi” sözləri ilə təsdiqləmişdi. İndi isə aktrisanın adı Emirhan Topçu ilə hallanmağa başlayıb.

Oktyabrın 14-də X sosial şəbəkəsində yayılan eşq iddiasından sonra Emirhan Topçunun anasının Cemre Bayseli sosial şəbəkədə izləməyə başladığı bildirilib.

Cemre Baysel və Emirhan Topçu barələrində yayılan münasibət iddiaları ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR