"Kamil Zəhranın dəfninə getsə də, sabah yenə söyüş söyəcək..." - QALMAQAL
Kateqoriya məlum deyil
Erməni təxribatçılarının atəşi nəticəsində 2 yaşlı Zəhra və onun nənəsinin şəhid olması hər kəsi bir araya gətirdi. Bununla bağlı yüzlərlə yazılar yazılsa da Füzuliyə, hadisənin baş verdiyi Alxanlı kəndinə üz tutanlar da oldu.
Sfera.az xəbər verir ki, qalmaqallı idmançı Kamil Zeynallının qızı ilə Zəhra və onun nənəsinin məzarı üzərinə ziyarətə getməsi də birmənalı qarşılanmayıb. Bəziləri ona haqq qazandırsa da, bəzi qism insanlar bunun reklam olduğunu söylədilər.
Xəbər saytlarında yayılan məlumatlara görə, tanınan prodüser Tarix Əliyev (Tolik) də Kamil Zeynallını tənqid edib. O bildirib ki, Kamil Zeynallı Zəhranın qəbrini ziyarət etsə də, sabahı gün yenə "var-yox söyüşü" söyəcək.
Bu barədə BiG.Az-a danışan Kamil Zeynallı Tolikin belə bir söz demədiyini, bunun bir anlaşılmazlıq olduğunu bildirdi: "Mən inanmıram ki, Tolik elə bir söz desin. Bir Allah bilir ki, mən özümə vicdan borcu bilib Zəhra qızımın və onun nənəsnin məzarını ziyarət etmişəm. Tolik özü mənim paylaşımıma rəy yazıb belə bir söz demədiyini, yayılan məlumatdan xəbərsiz olduğunu yazmışdı”.
Prodüser Tarix Əliyev isə BiG.Az-a açıqlamasında bunun bir yalnışlıq olduğunu söylədi: "Mən yayılan yazı ilə tanış oldum. Bu bir yalnışlıq idi, yazı aradan qaldırıldı”.