Logo

Tanınmış idmançı Zəhranın məzarı önündə - VİDEO

Tanınmış idmançı Zəhranın məzarı önündə - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış idmançı Kamil Zeynallı qızı ilə birlikdə Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhranın məzarını ziyarət edib.

Sfera.az xəbər verir ki, idmançı bu barədə İnstaqram səhifəsində foto və video paylaşıb.

Zəhranın ailəsinə başsağlığı verən Kamil Zeynallı məzarı üstünə oyuncaq gəlincik qoyub.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Çinarə Məmmədova

Sfera.az

]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR