"Yolumu kəsdi, haqqımda yanlış xəbərlər yaydı" - Ebru Gündeşdən danışdı
Müğənni Günel Zeynalova Türkiyədə uzun illər küsülü olduğu həmkarı Ebru Gündeşlə münasibətlərindən danışıb.
Sfera.az xəbər verir ki, ifaçı bu haqda "Sevilən səhər" proqramında söz açıb. Aparıcı İsa Şükürovun “Ebru Gündeş nüfuzundan istifadə edib yolunu kəsdi” sualını cavablandıran sənətçi orada qısqanclıqla üzləşdiyini bildirib:
“Mənim önüm kəsildi, haqqımda yanlış xəbərlər verildi. Maqazin aləmində sifarişlə nələrsə edildi. Amma məni sevən, arxamda duran dürüst insanlar da oldu. Düz yol gec-tez özünü tapır.
Orada mütləq qısqanclıq var idi. Hansısa bir məclisdə azərbaycanlı deyəndə ilk Günel yada düşürdü. Bir şey olanda deyirdilər ki, onu çağırmayın. Bu, hər yerdə var.
Bir insanın səsini, geyimini qısqanan olmamışam. Pis görünəndə belə demişəm ki, gözəlsən. Bu, onu ruhlandıra bilər.
Bütün qadağalar, küskünlüklər bitib. Məni xalq, qapalı qadınlar sevir, mənə “evimizin qızı” deyirlər. Bu, mənim üçün çox dəyərlidir. Bağışladım, ondan halallıq da istəyirəm”.
Qeyd edək ki, iş adamı Reza Zərrab Günellə nişanlı olan ərəfədə ona Ebru Gündeşlə xəyanət edib. Onlar arasındakı inciklik buradan başlayıb. Reza və Ebru uzun illər evli qalıb və bir müddət əvvəl boşanıb. Onların bu nikahdan Alara adlı qız övladı var.\\axsam.az






