Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
Kateqoriya məlum deyil
T
Kolumbiyalı müğənni Şakiranın Bişkekdə keçirilməsi planlaşdırılan konserti Qırğızıstan iqtisadiyyatına təxminən 30 milyon dollar gəlir gətirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Turizmin İnkişafı Agentliyinin direktoru Eduard Kubatov bildirib.
O qeyd edib ki, tədbirə təxminən 30 mini xarici olmaqla 60 min nəfərin qatılması gözlənilir. Hesablamalara əsasən, hər bir turist bilet, yaşayış, nəqliyyat və digər xərclər üçün orta hesabla 940 dollar sərf edəcək.
Eduard Kubatov qeyd edib ki, “Bişkek Arena” həmin gün ölkədə tədbir turizminin mərkəzinə çevriləcək.
Şakiranın Qırğızıstanın paytaxtındakı konserti oktyabrın 18-nə planlaşdırılıb./Teleqraf






