Dünyanın ən yaşlı kişisi ad gününü keçirdi
Kateqoriya məlum deyil
T
Braziliyalı Joao Marinyo Neto 114-cü doğum gününü qeyd edib.
Sfera.az xəbər verir ki, Joao Marinyo Neto 5 oktyabr 2026-cı ildə 114 yaşına çatıb. Onun bu yaşa qədər yaşayan və yaşı rəsmi şəkildə təsdiqlənən dünyadakı 9-cu şəxs olduğu bildirilir.
Joao hazırda dünyanın ən yaşlı 10 sakini arasında yer alan yeganə kişidir. Siyahıda ondan yuxarıda qərarlaşan şəxslərin hamısı qadınlardır.
Hazırda dünyanın ən uzunömürlü insanı isə 117 yaşlı britaniyalı Ethel Katerham hesab olunur.






