Aygün Kazımovanın qızına məsləhəti - Video
Kateqoriya məlum deyil
T
Ötən gün Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımovanın ad günü olub.
Sfera.az gecədə Pop kraliça özü də iştirak edib. Kazımova qızına ürək sözlərini deyərək ona həyatla bağlı tövsiyələr verib:
“İnsan yıxıla-yıxıla böyüyür. İnsan həyat təcrübəsindən dərs götürüb özünün gözəl formasını yaradır. Qızım, nə qədər istəyirsən yıxıl, səhvlər et, eksperimentlər et. Biri alına, beşi alınmaya bilər. Alınmayan o beş səni uğura gətirəcək. Bunlar insanlara motivasiya versin. Ana övladına deyir ki, yıxılmaqdan qorxma, əksinə, yıxıl. Bu, sənə dərs olacaq”.
Daha sonra gecədə müğənni Nadir Qafarzadə “Qızım” mahnısını ifa edib. Həmin an anası ilə rəqs edən İlqarə kövrəlib.\\axsam.az






