Sezen Aksu xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
T
Türkiyənin məşhur müğənnisi Sezen Aksunun səhhətində yaranan problem səbəbilə xəstəxanada müalicə aldığı bildirilib.
Sfera.az xəbər verir ki, sənətçinin İstanbulun Nişantaşı ərazisində yerləşən özəl xəstəxanalardan birinə müraciət etdiyi məlum olub.
Məlumata əsasən, Sezen Aksuya tibbi müayinə çərçivəsində biopsiya aparılıb. O, üç gün həkim nəzarətində qaldıqdan sonra xəstəxanadan evə buraxılıb.
Hazırda sənətçinin səhhətinin necə olduğu ilə bağlı əlavə məlumat verilməyib.






