Norveç kraliçası bu tarixə qədər rəsmi vəzifələrindən uzaqlaşacaq
Norveç kralı V Haakonun həyat yoldaşı, kraliça Mettemarit ağciyər transplantasiyasından sonra davam edən reabilitasiya səbəbilə 2027-ci ilin yayına qədər rəsmi tədbirlərdə iştirak etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb. Bildirilib ki, kraliça hazırda müalicə və reabilitasiya prosesini davam etdirir və növbəti yaya qədər heç bir rəsmi iş qrafiki olmayacaq.
Qeyd edək ki, Mettemaritə 2018-ci ildə nadir ağciyər fibrozu diaqnozu qoyulub. O, bu ilin yayında Osloda uğurlu ağciyər transplantasiyası əməliyyatı keçirib.
Kraliçanın rəsmi fəaliyyətlərdən uzaqlaşması son dövrdə ailəsi ətrafında yaranan qalmaqallarla da əlaqələndirilir. Onun 29 yaşlı oğlu Marius Borq Høibi ilə bağlı məhkəmə işi və Mettemaritin mərhum milyarder Ceffri Epşteynlə münasibətləri Norveçdə geniş müzakirələrə səbəb olub.






