47 yaşında xərçəngin qurbanı oldu
Kateqoriya məlum deyil
T
Rusiyalı dizayner, "Cyrille Gassiline" brendinin təsisçisi Kirill Qasilin vəfat edib.
Sfera.az xəbər verir ki, o, oktyabrın 4-də 47 yaşında Moskvada dünyasını dəyişib.
Qasilin uzun müddət onkoloji xəstəliklə mübarizə apardıqdan sonra xəstəxanada vəfat edib.
Qeyd edək ki, son illərdə Qasilin nadir hallarda ictimaiyyət qarşısına çıxıb. O, son kolleksiyasını 2019-cu ildə təqdim edib.
Kirill Qasilin peşəkar fəaliyyətinə 2000-ci illərin əvvəllərində başlayıb. 2008-ci ildə qadın geyimləri üzrə "Cyrille Gassiline" brendini təsis edib.






