Orkun İşıtmak ata olacaq

Orkun İşıtmak ata olacaq
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış sosial media fenomeni və "YouTube" kontent yaradıcısı Orkun İşıtmakdan sevindirici xəbər gəlib.

Sfera.az xəbər verir ki, 2021-ci ildə Merve Yorgancılarla ailə quran Orkun İşıtmak ilk dəfə ata olmağa hazırlaşır.

Cütlük ilk övladlarını gözlədiklərini sosial media hesablarında paylaşdıqları görüntülərlə açıqlayıb. Nyu-York səfərində çəkilən görüntülərdə Merve Yorgancılar hamilə olduğunu nümayiş etdirib.

İşıtmak paylaşımında həyat yoldaşının ona və izləyicilərinə bir xəbəri olduğunu bildirib. Cütlüyün körpə müjdəsi sosial mediada qısa müddətdə böyük maraqla qarşılanıb.

Cütlüyün övladının cinsiyyəti və doğum tarixi ilə bağlı isə hələlik məlumat açıqlanmayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR