Bakıda konsertə hazırlaşan reperə həbs cəzası

Türkiyəli reper Blok3 ləqəbi ilə tanınan Hakan Aydının spirtli və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün aldığı cəza bəlli olub.
Sfera.az xəbər verir ki, sənətçi İstanbulun Ataşehir rayonunda keçirilən yol yoxlaması zamanı saxlanılıb. Aparılan yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib.
Blok3-ə vəsiqəsiz avtomobil idarə etdiyi üçün 23 min 437 türk lirəsi məbləğində inzibati cərimə tətbiq edilib və idarə etdiyi avtomobil yol hərəkətindən kənarlaşdırılıb. Bundan əlavə, “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə barəsində araşdırma başladılıb.
Spirtin miqdarının yüksək olması nəzərə alınaraq əvvəlcə 8 ay müddətinə həbs cəzası təyin edilib.
Daha sonra xüsusi məhkəmə proseduruna əsasən cəzaya yarı nisbətində güzəşt tətbiq olunaraq həbs müddəti 4 aya endirilib. Blok3-ün məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Qeyd edək ki, reperin noyabrın 7-də Bakıda konserti gözlənilir.





