Konsertində yıxıldı, ayağı sındı

Konsertində yıxıldı, ayağı sındı
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda konserti zamanı bədbəxt hadisə ilə üzləşib.

Sfera.az xəbər verir ki, sənətçi “Gastro Afyon” festivalı çərçivəsində səhnəyə çıxıb. Konsertə fasilə verdiyi vaxt səhnədən enərkən pilləkəndən yıxılan Merveyə ilk müdaxilə hadisə yerində edilib. Daha sonra müğənni nəzarət məqsədilə xəstəxanaya aparılıb.

İstanbula qayıdan ifaçı səhhəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, ilkin olaraq problemin qolunda olduğu deyilsə də, əsas narahatlığın ayağında olduğunu bildirib.

“Konsertə fasilə verdiyim vaxt pilləkəndən yıxıldım. İndi İstanbula gəlmişik, öz həkimimizə gedirik. Qol deyilib, amma təəssüf ki, ayaqdır. Bacardığım qədər tez aranıza qayıtmağa çalışacağam. Qarşıdakı konsertlərim var” deyə, M.Özbey bildirib.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR