Rəsmi boşanma 10 il sonra gerçəkləşdi

Rəsmi boşanma 10 il sonra gerçəkləşdi
Kateqoriya məlum deyil
T

Hollivud aktyoru Tobi Maquayr və prodüser Cennifer Meyer boşanmalarını rəsmən yekunlaşdırıblar.

Sfera.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, cütlüyün boşanma prosesi ayrıldıqlarını elan etdikdən 10 il sonra başa çatıb.

Maquayr və Meyer 2016-cı ildə ayrıldıqlarını açıqlayıblar. Həmin vaxt onlar 9 ildir evli olublar. Cennifer 2020-ci ilin oktyabrında rəsmi olaraq boşanma ərizəsi verib. Təxminən beş il davam edən prosesdən sonra keçmiş həyat yoldaşları razılığa gəlib və məhkəmə qərarının təsdiqlənməsi gözlənilib.

Cütlüyün əmlak bölgüsü hələ başa çatmayıb. Tobi 16 yaşlı oğlu Otislə bağlı bərabər qəyyumluq hüququ tələb edib. 18 yaşlı qızı Rubi ilə bağlı isə qəyyumluq məsələsi onun yetkinlik yaşına çatması ilə avtomatik həll olunub.

Bu müddətdə aktyorun şəxsi həyatında da dəyişikliklər baş verib. 51 yaşlı Tobi Maquayr 26 yaşlı repçi Ice Spice ilə Hemptonsda keçirilən məclisdə öpüşərkən görüntülənib. Həmin vaxt hər iki tərəfin nümayəndələri münasibət barədə yayılan xəbərləri təkzib edib.

Daha sonra “Deuxmoi”ya danışan mənbələr Maquayr və Ice Spice-ın həmin vaxt artıq ünsiyyətdə olduqlarını və birlikdə vaxt keçirməyə davam etdiklərini iddia ediblər.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR