Sümeyye Aydoğan dünya ulduzu ilə bir kadrda - FOTO

Kateqoriya məlum deyil
T
Türkiyəli aktrisa Sümeyye Aydoğan Paris Moda Həftəsində “Élite” serialının ulduzu Ester Ekspozito ilə bir araya gəlib.
Sfera.az xəbər verir ki, “Yeraltı” serialında Sultan obrazını canlandıran Aydoğanın ispaniyalı aktrisa ilə birlikdə çəkdirdiyi foto sosial mediada diqqət çəkib.
İki aktrisanın qara geyimdə olduğu görüntüyə çoxsaylı şərhlər yazılıb.
Bəzi istifadəçilər Sümeyye Aydoğanın fotoda Ekspozitodan daha çox diqqət çəkdiyini qeyd ediblər.
Qeyd edək ki, sentyabrın 28-də başlayan Paris Moda Həftəsində Serenay Sarıkaya, Demet Özdemir və Aslıhan Malbora kimi Türkiyə ulduzları da iştirak edir. Tədbir oktyabrın 6-dək davam edəcək.
İradə Elsevər







