Hakan Kurtaş Birce Akalayla bağlı maraqlı etiraf etdi

Hakan Kurtaş Birce Akalayla bağlı maraqlı etiraf etdi
Kateqoriya məlum deyil
T

Türkiyəli aktyor Hakan Kurtaş aktrisa Birce Akalay ilə münasibətinin necə başladığını ilk dəfə ətraflı danışıb.

Sfera.az xəbər verir ki, Kurtaş Ahmet Mümtaz Taylanın aparıcısı olduğu “Empati” proqramında şəxsi həyatı və aktyorluq fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

Onun açıqlamalarında ən çox diqqət çəkən məqam isə Birce Akalay ilə münasibətinin başlanğıcı olub.

Kurtaş Akalayla bir dostlarının teatr tamaşasının kulisində qarşılaşdıqlarını bildirib. Aktyor münasibətlərinin zaman keçdikcə bir-birinin şəxsi məkanına hörmət etmək və daha yaxından tanımaq üzərində formalaşdığını qeyd edib.

İki aktyorun eyni peşəni seçməsinin münasibətlərinə çətinlik yaradıb-yaratmadığı barədə suala cavab verən Kurtaş bunun daha çox insanların xarakterindən asılı olduğunu söyləyib.

Hakan Kurtaş münasibətləri ilə bağlı evlilik barədə də danışıb. Aktyor bu məsələdə konkret qərarının olmadığını, lakin gələcəkdə belə bir ehtimalı istisna etmədiyini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR