Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”

Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
Kateqoriya məlum deyil
T

Tanınmış rəqqas Nicat Azadlı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər gündəm yaradıb. Videoda rəqqasın həyat yoldaşına qarşı şiddət göstərdiyi iddia olunur. Qadın paylaşdığı açıqlamada dəfələrlə fiziki və psixoloji zorakılığa məruz qaldığını, məsələnin daha əvvəl məhkəməyə qədər uzandığını bildirib.

Sfera.az xəbər verir ki, Rəqqas Milli.Az-a verdiyi məlumatda qeyd edib ki, bütün bunlar şər-böhtandır:

"Video 1 il öncəyə aiddir. Bütün bunlar şantaj, pul almaq məqsədi daşıyır. Həmin videoda mənim böyüklərimi təhqir edib. Biz 6 ay öncə boşanmışıq. Mən şantaja məruz qalmışam".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR