Rəqqas Nicat maşında xanımını döydü

Rəqqas Nicat maşında xanımını döydü
Kateqoriya məlum deyil
T

İnstaqramda 3 milyondan çox izləyicisi olan rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib.

Sfera.az xəbər verir ki, qadın sosial şəbəkə hesabında qucağında azyaşlı uşaq olarkən avtomobildə ona qarşı şiddət göstərildiyini əks etdirən video paylaşıb. O, paylaşımında Nicat Azadlı, eləcə də onun valideynləri və bacısı ilə bağlı ağır ittihamlar səsləndirib.

Qadının sözlərinə görə, həyat yoldaşı onu mütəmadi olaraq döyüb, ailəsi isə bu məsələdə ona dəstək olmaq əvəzinə, zorakılığa təşviq edib. O, Nicatın atasının oğluna qarşı tərəfi öldürməyi, həbsə düşəcəyi təqdirdə isə 30-40 min manat ödəməklə azadlığa çıxacağını dediyini iddia edib.

Qadın Nicatın anasının da hələ dünyaya gəlməmiş nəvəsi ilə bağlı mənfi fikirlər səsləndirdiyini və bununla bağlı səs yazısının əlində olduğunu bildirib.

Qadın qeyd edib ki, yaşadığı zorakılıq halları ilə bağlı foto, video və səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edib. Onun sözlərinə görə, məsələ məhkəməyə qədər getsə də, nəticədə qarşı tərəf 1500 manat cərimələnib:

“Bu gün təkbaşına böyütdüyüm övladımın uşaqlıqda aldığı bütün travmalar 1500 manat dəyərindədir? Mənə qarşı edilən təhqirlər, alçaldılmalar, bacısının üzərimə hücum çəkərək məni döyməyə cəhd etməsi bu məbləğə dəyər? Xahiş edirəm, mənim də, Raulun da yaşadığı bu qorxunc günlərə susmayın. Yalvarıram sizə”.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR