Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi

Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi
Kateqoriya məlum deyil
T

Məşhur türkiyəli müğənni Mabel Matizin "Ha Leylim" mahnısının sözləri və klipi ilə bağlı hazırlanan iddianamə tamamlanıb.

Sfera.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Mabel Matiz kimi tanınan Fatih Karacanın "mətbuat və yayım vasitəsilə əxlaqsız görüntü, yazı və ya sözləri yaymaq, yayılmasına vasitəçilik etmək" ittihamı ilə 6 aydan 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi tələb olunur.

İddianamədə qeyd edilib ki, mahnının klipində cəmiyyətin ümumi əxlaq anlayışına uyğun qəbul edilmiş normaların pozulduğu iddia edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR