Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Kateqoriya məlum deyil
T
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub.
Sfera.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində deyib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:
"Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".
Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.\\axsam.az






