Məşhur aktrisa Türkiyədən köçür

Məşhur aktrisa Türkiyədən köçür
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Aslı Envər və həyat yoldaşı Berkin Gökbudak Çexiyanın paytaxtı Praqaya köçmək qərarına gəlib.

Sfera.az xəbər verir ki, 2022-ci ildə iş adamı Berkin Gökbudakla ailə quran Aslı Envər ana olduqdan sonra çəkilişlərə fasilə verib.

Ekranlara nə vaxt qayıdacağı maraq doğuran aktrisadan bu dəfə gözlənilməz xəbər gəlib.

Gökbudak sosial media hesabında işlə əlaqədar ailəsi ilə birlikdə Praqaya köçəcəklərini açıqlayıb.

Gökbudak Praqaya köçmək qərarı ilə bağlı paylaşımında üç il əvvəl həyat yoldaşı ilə şəhəri ziyarət edərkən “Bir gün bura evimiz ola bilər” dediyini bildirib. Həmin vaxt bu sözlərin arxasında konkret planın və ya hər hansı fürsətin olmadığını deyən Gökbudak, Praqanı xüsusi bir yer kimi hiss etdiyini qeyd edib.

Berkin Gökbudak həmin vaxt söylədiyi fikrin artıq gerçəyə çevrildiyini deyib.

O, ailəsinin qarşıdakı həftələrdə Praqaya tamamilə yerləşməyə hazırlaşdığını açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR