Xalq artistinin səhhəti ilə bağlı xəbər var

Kateqoriya məlum deyil
T
Xalq artisti Zaur Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Sfera.az xəbər verir ki, müğənninin yaxınları axşam.az-a açıqlamasında bildirib ki, hazırda Z.Rzayev evə buraxılıb.
"Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxşı olacaq" deyə, müğənninin yaxınları əlavə edib.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.






