Cabir İmanovun gülüşünün səssizliyə büründüyü gün

Cabir İmanovun gülüşünün səssizliyə büründüyü gün
Kateqoriya məlum deyil
T

Mərhum Əməkdar artist Cabir İmanovun vəfatından bir il ötür.

Sfera.az xəbər verir ki, “Parni iz Baku” KVN komandasının üzvü ötən il sentyabrın 29-da idman zalında qəfil ürəktutmasından dünyasını dəyişib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, geniş tamaşaçı auditoriyasına “Parni iz Baku” KVN komandası ilə tanınıb. Aktyorun ən yaddaqalan obrazlarından biri isə “Məhəllə” filmində canlandırdığı Elşən (Eliş) obrazı olub.

C. İmanov iki dəfə ailə qurub. Onun hər nikahından iki övladı var.\\axsam.az



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR