Zeynəb Bastıkın konsertində dava düşdü

Türkiyənin Aydın vilayətinin Germencik rayonunda keçirilən 22-ci İncir Festivalında müğənni Zeynəb Bastıkın konserti zamanı tamaşaçılar arasında dava düşüb.
Sfera.az xəbər verir ki, minlərlə insanın iştirak etdiyi konsertdə baş verən qarşıdurma müğənninin də diqqətindən yayınmayıb.
Bastık musiqini dayandıraraq davaya müdaxilə edib və səhnədən tamaşaçılara xəbərdarlıq edib.
Konsert zamanı ərazidə çox sayda uşağın olduğunu xatırladan müğənni gərginliyin dayandırılmasını istəyib. Bu zaman davaya qarışan tamaşaçılardan biri Bastıkın sözlərinə “Mənə deyirsən?” deyə reaksiya verib. Müğənni isə həmin şəxsə “Bəli, sənə deyirəm” cavabını verib.
İnsanların musiqi və əyləncə üçün bir araya gəldiyi tədbirdə dava düşməsinə əsəbiləşən Zeynəb Bastık baş verənlərə sərt reaksiya göstərib. Müğənni sözlərini “Çox qəribəsiniz, ayıbdır!” ifadələri ilə tamamlayıb.
Konsert zamanı yaşanan gərginlik və Zeynəb Bastıkın səhnədən etdiyi müdaxilə gecənin ən diqqətçəkən məqamlarından biri olub.
İradə Elsevər






