Bu xəbərlər Samiri depressiyaya salıb

Bu xəbərlər Samiri depressiyaya salıb
Kateqoriya məlum deyil
T

“Əvvəllər efirə, hər yerə gecikirdim, qeyri-dəqiq olmuşam. Çox yatırdım. Pandemiyadan sonra o qədər dəyişdim ki, indi 6-7, ən gec 8-də oyanıram”.

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov “Sevilən səhər” proqramında deyib. Sənətçi bildirib ki,artıq insanların onunla bağlı düşüncələrini dəyişib:

“Özümdən asılı deyil. Hava qaranlıqdır, heç kimə zəng etmək olmur, mən oyağam. Bir də Aygün Kazımova oyanır belə tez”.

S.Bağırov haqqında yayılan xəbərlərdən və efirlə bağlı söz-söhbətlərdən də danışıb. O, əvvəlki kimi bu məsələlərə görə depressiyaya düşmədiyini vurğulayıb:

“Haqqımda yayılan xəbərlər oldu. Bir az depressiyaya düşdüm. Əvvəl olsa, düşərdim, amma olmadı. Efirlə bağlı söz-söhbətlər yarandı. Məni heç həyəcanlandırmadı da. Əsas indi efirdəyəm”.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR