Logo

Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir

Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək.

Sfera.az-ın məlumatına görə, Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Baku.vs-ə bildirib ki, bu gecə 28 may, Sahil, və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.

Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün Formula-1 oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR