Tacikistan Baş naziri Zəfər Parkında

Tacikistan Baş naziri Zəfər Parkında
Kateqoriya məlum deyil
T

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR