Kənan M.M niyə ancaq Pərvin Abıyevanı çəkir? - Özü açıqladı
Tanınmış rejissor Kənan Mahmudov (M.M) çəkdiyi filminin adını dəyişməsindən danışıb.
Bu barədə açıqlama verən rejissor filminin adının yalnış yerə yozulmasından və qınaqlardan ehtiyat etdiyinə görə dəyişdiyini bildirib:
"Filmin adı "Ağ ət” idi. İmkan vermədilər ki, fikrimizi hamıya çatdıraq. Hamı onu ağ ət kimi başa düşdü. Ağ ət də deyən kimi hamı qoyunUN məum hissələrini başa düşdü. Elə bil ki, heç ağ əti qızardıb yeyən bunlar deyil. Mən də qorxdum. Bundan qorxdum ki, insanlar filmin motivindən çox adına görə reaksiya verərlər. Ona görə də dəyişdik, nə yaxşı da ki, dəyişdik. Azlıq çoxluğa tabedir”.
Həmçinin rejissor bütün filmlərinə aktrisa Pərvin Abıyevanı çəkməsinin müzakirə olunmasına da aydınlıq gətirib:
"Niyə mən bütün filmlərimə Pərvin Abıyevanı çəkirəm? Ona görə ki, onunla işləmək mənə rahatdır. Bir-birimizi rahat başa düşürük. Məsələn, Bred Pittin 4-5 filmlərinə baxmışıq, amma onun yüzə yaxın filmi var. Bu, o deməkdir ki, tələbat var. Tələbata uyğun olaraq, mən də eyni aktyor və aktrisaları çəkirəm. Heç bir yerdə şərt qoyulmayıb ki, bir rejissor bir aktrisanı, yaxud bir aktyoru yalnız bir dəfə filmə çəkməlidir”.Cebhe.info






