Rabia Soytürk ayrılıq xəbərini açıqladı

Rabia Soytürk ayrılıq xəbərini açıqladı
Kateqoriya məlum deyil
T

“Şahsiyet”, “Duy Beni” və “Veda Mektubu” kimi layihələrdəki rolları ilə tanınan türkiyəli aktrisa Rabia Soytürk şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Sfera.az xəbər verir ki, uzun müddət Samet Vuruşanla münasibətdə olan Soytürk sevgilisindən evlilik təklifi almışdı.

Cütlük nikah hazırlığı görsə də, toy ərəfəsində münasibətlərini bitirmək qərarına gəlmişdi.

Bir müddət sonra isə bir-birlərinə ikinci şans verən Rabia Soytürk və Samet Vuruşan yenidən münasibətlərinə davam etmişdilər. Lakin bu dəfə də münasibət uzun çəkməyib.

Son qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandıran Rabia Soytürk münasibətlərinin hazırkı vəziyyətinə aydınlıq gətirib. Münasibətlərinin davam edib-etmədiyi soruşulan aktrisa qısa şəkildə “Davam etmirik” deyərək ayrılığı təsdiqləyib.

Beləliklə, evlilik planları qurduqları halda ayrılan cütlüyün barışdıqdan sonra verdiyi ikinci şans da nəticə verməyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR