Şərif Sezerin son vəziyyəti açıqlandı

Mükafatlandırma mərasimində halı pisləşən Şərif Sezerin səhhəti ilə bağlı qızı Deniz Arnadan açıqlama gəlib.
Sfera.az xəbər verir ki, mükafatlandırma mərasimində jurnalistlərə müsahibə verərkən qəfil halı pisləşərək hər kəsi narahat edən tanınmış aktrisa Şərif Sezerin səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Şərif Sezer qatıldığı mükafatlandırma mərasimində media nümayəndələrinin suallarını cavablandırdığı zaman qəfil narahatlaşıb. Ətrafındakı insanların köməyi ilə oturdulan tanınmış aktrisanın yaşadığı anlar pərəstişkarlarını narahat edib.
Hadisədən sonra Şərif Sezerin səhhəti ilə bağlı yeni məlumat onun qızı Deniz Arnadan gəlib. Arna anasının vəziyyətinin yaxşı olduğunu bildirib:
“Anam yaxşıdır, dəqiq məlumatdır”.
Beləliklə, mükafat gecəsində yaşadığı narahatlıqdan sonra səhhəti ilə bağlı maraq doğuran Şərif Sezerin vəziyyətinin yaxşı olduğu məlum olub.
İradə Elsevər






