Toy fotosunu görüb ağladı - VİDEO

Kateqoriya məlum deyil
T
“Mənim toy fotom yoxdur. O vaxtlar videokamera təzə çıxmışdı. Onlar da konservativ ailə idilər, qoruyucu idilər. Cəmi iki fotomuz olub”.
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Xəzər axşamı” proqramında deyib. Müğənni şəhid olan mərhum həyat yoldaşından danışıb. O, fotoşopla hazırlanan toy fotosunu görüb göz yaşlarını saxlaya bilməyib.
G. Əliyeva toyunun necə keçdiyini də xatırlayıb:
“Toyumuz oktyabrın 18-də olub. Dörd gün davam edib. Qız toyum idi. Oğlan evi toy qurtaran kimi dedi ki, gəlinimizi aparırıq. Gəlinlik paltarı da gətirmişdilər. Məni “Jiquli” ilə gəlin apardılar”.






