Dünya ulduzları Milanda toplandı - FOTOLAR

Dünya ulduzları Milanda toplandı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Milanda yerləşən "Viktor Emmanuel II" qalereyasında Moda Həftəsinin başlanması ilə əlaqədar olaraq “Vogue World: Milano” şousu təşkil olunub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tədbirdə tanınmış şəxslər bir araya gəlib.

Proqrama əsasən, tarixi qalereyanın şüşə tavanı altında qurulan nəhəng podiumda tək məşhur qonaqlar deyil, dünyaşöhrətli top-modellər də addımlayıb.

Şounun açılışını "Valentino"dan İntibah dövrü üslubunda olan xüsusi libasla Qiqi Hadid edib.

Onun ardınca podiumda Irina Şayk ("Versace"nin arxiv kolleksiyasından əfsanəvi don ilə), "Vittoria Ceretti", eləcə də idman dünyasının ulduzu Arina Sobolenko ("Gucci" obrazında) və reper Cardi B kimi simalar model qismində çıxış ediblər.

Tanınmışlardan Monika Belluççi, Cennifer Lopez, Pamela Anderson, Naomi Kempbell, Dakota Conson, Haydi Klum, Naomi Uotts, Siara, Anna Vintur və Hande Erçel tədbirdə iştirak ediblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR