Hande Erçel Milanda diqqətləri üzərinə çəkdi - FOTO

Hande Erçel Milanda diqqətləri üzərinə çəkdi - FOTO
Kateqoriya məlum deyil
T

Hande Erçel Milanda keçirilən "Vogue World 2026" tədbirinə qatılıb. Korset detalları olan ağ libas seçən məşhur aktrisa izləyicilərindən yüksək təriflər alıb.

Sfera.az xəbər verir ki, son zamanlar təkcə aktyorluğu ilə deyil, həm də beynəlxalq tədbirlərdə iştirakı ilə gündəmə gələn Hande Erçel növbəti səfəri İtaliyaya olub.

Erçel, "Vogue Turkey"in xüsusi qonağı olaraq "Vogue World 2026: Milano" tədbirinə qatılıb. Tədbiri moda dünyasının çoxsaylı adları ilə birlikdə ön sıradan izləyən aktrisa kameralar tərəfindən də yaxından izlənilib.

Hande Erçelin axşam üçün seçimi "Dolce&Gabbana"dan ağ libas idi. Tül və korset detallarının diqqət çəkdiyi dizayn sadə aksessuarlarla tamamlanıb. Erçelin seçdiyi libasın "Dolce&Gabbana"nın 2024-cü il yaz/yay kolleksiyasından olduğu bildirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR