Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi -VİDEO

Kateqoriya məlum deyil
T
Bir neçə gün əvvəl öd kisəsindəki problemlə bağlı əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu artıq evə buraxılıb.
Sfera.az bakupost-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək ona dəstək olan və dua edən hər kəsə təşəkkür edib.
"Gözəl millətimin sonsuz duaları nəticəsində ayağa qalxdım. Buna görə xalqımın qarşısında baş əyirəm. Hər birinizə təşəkkür edirəm. Sizin dualarınız sayəsində sağaldım", - deyə o bildirib.
Qeyd edək ki, T. Şahmalıoğlu şəkərli diabetdən də əziyyət çəkir. O, xəstəliyi səbəbilə xeyli çəki itirib.






