İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni İrem Derici ana olmaq arzusu ilə bağlı səmimi açıqlamalar verib.
Sfera.az xəbər verir ki, 39 yaşlı sənətçi gələcəkdə övlad sahibi olmaq istədiyini, lakin bu barədə bəzi tərəddüdlərinin olduğunu bildirib.
Derici yumurtalarını dondurmaq variantını da nəzərdən keçirdiyini, lakin prosedurun baha olması səbəbindən bu fikrindən daşındığını söyləyib.
Müğənni yaxşı ana olub-olmayacağı ilə bağlı da düşündüyünü qeyd edib:
"Uşaq planım var. Mən istəyirəm, çox istəyirəm. Amma həqiqətən yaxşı ana ola biləcəyəmmi? Anam kimi olsam, dünyanın ən yaxşı anası olaram. Hər şey "qismət"dir.






