Aynur Dadaşova səhhətindəki problemdən danışdı

Kateqoriya məlum deyil
T
Müğənni Aynur Dadaşova səhhəti ilə bağlı mütəmadi olaraq müayinələrdən keçdiyini bildirib.
Sfera.az xəbər verir ki, ifaçı bu barədə “Xəzər axşamı” verilişində danışıb:
“Üç aydan bir həkimlərdən, müayinələrdən keçirəm. Müəyyən səbəblər var, həkim nəzarətindəyəm. Bu barədə heç vaxt danışmamışam. Vaxtında hər şeyi bilmək çox gözəldir. Biri də var, hər şey üçün gec ola. Bir də görürsən ki, 2-3 aydan bir dəyişiklik olur. Öz-özünə deyirsən ki, həkim müayinəsində yenicə olmuşdum, nə oldu bəs? Yenə də həkimlərimiz sağ olsun.
Məndə elə bir problem yaranmışdı ki, əməliyyat olunacaqdım. Amma savadlı həkimlərimizin sayəsində müalicələrlə ötüb keçdi. Vaxtında həkim qəbulunda olmaq lazımdır. Gecikəndən sonra peşmanlıq olur”. (Axşam.az)






