Özcan Denizdən səmimi etiraf: “Əslində, qadınlardan qorxdum”

Özcan Denizdən səmimi etiraf: “Əslində, qadınlardan qorxdum”
Kateqoriya məlum deyil
T

Məşhur müğənni Özcan Deniz ötən gün Kiprdə pərəstişkarları ilə görüşüb. Sənətçi səhnədən izləyiciləri ilə söhbət etməyi də unutmayıb.

Bir müddət əvvəl ailəsi ilə yaşadığı problemlərlə tez-tez gündəmə gələn Özcan Deniz Kiprin Girne şəhərində səhnəyə çıxıb.

Sfera.az xəbər verir ki, müğənni “Kalp Yarası” mahnısı ilə bağlı səmimi etiraf edib. O, mahnını yazarkən tərəddüd etdiyini bildirib:

“Əslində, mahnını hazırlayanda qorxdum. Sözlərinə görə qadınların məni tənqid edəcəyindən çəkinirdim. Lakin Sezen Aksu məni inandırdı. Qadınlar da mahnını sevərək qəbul etdilər”.

Sənət fəaliyyətindən də danışan Özcan Deniz 35 illik karyerasının hər anının uğurlu keçdiyini vurğulayıb:

“Nə filmlər, nə seriallar, nə mahnılar… 35 ilim dolu-dolu keçdi. Heç bir anım boşuna getmədi. Şükürlər olsun ki, topu da heç vaxt yerə salmadıq. Həmişə meydanda olduq”.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR