Afra Saraçoğlu hava limanında saxlanıldı

Kateqoriya məlum deyil
T
Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik araşdırması çərçivəsində aktrisa Afra Saraçoğlu saxlanılıb.
Sfera.az xəbər verir ki, Saraçoğlu Fransadan qayıdarkən aeroportda saxlanılıb.
Qeyd edək ki, daha əvvəl barəsində saxlanılma qərarı verilən Afra sosial media hesabında açıqlama verərək hazırda Türkiyədə olmadığını bildirmişdi.
Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.






