Supermodelin oğlu 27 yaşında öldü

Supermodel Sindi Kroufordun oğlu Presli Gerber 27 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Presli Gerber sentyabrın 20-də Los-Ancelesdəki reabilitasiya mərkəzində ölüb. Onun ölümünün rəsmi səbəbi hələ açıqlanmasa da, ulduzun ailəsi ölüm faktını təsdiqləyib.
“Ailə bu çox çətin və ağrılı dövrdə şəxsi həyatına hörmət edilməsini xahiş edir”, - ailənin bəyanatında deyilir.
Qeyd edək ki, 1999-cu ildə anadan olmuş Presli Gerber supermodel Sindi Krouford ilə onun həyat yoldaşı Rendi Gerberin ilk övladı olub. 2001-ci ildə isə cütlüyün qızı, hazırda populyar model və aktrisa olan Kayya Gerber dünyaya gəlib. Yeniyetməlik dövründə Presli model karyerası qurmağa başlayıb, bir çox dünya brendlərinin nümayişlərində və reklam kampaniyalarında iştirak edib. Son illər isə model nadir hallarda podiumda görünüb, həmçinin sosial şəbəkələrdə mental problemlərlə mübarizəsi və psixoaktiv maddələrdən sui-istifadə etməsi barədə danışıb.






