Üzeyir Mehdizadədən tənqidlərə cavab

Üzeyir Mehdizadədən tənqidlərə cavab
Kateqoriya məlum deyil
T

Müğənni Üzeyir Mehdizadə onu Xalq artisti Alim Qasımovla ifa etdiyi duetinə görə tənqid edənlərə cavab verib.

Sfera.az xəbər verir ki, sənətçi yayımladığı videoaçıqlamada izləyicilərə səslənib. O bildirib ki, mahnıya mənfi rəy yazmaqdansa, onu dinləməyin:

“İzləmək və dinləmək istəməyənlərdən xahiş edirəm: qarşısınıza çıxsa da, üzərindən keçin. Orada videoya və ya səsə şərh bildirərək onu təkrar dinləyirsiniz. Zəhmətimizə və öz zamanınıza dəyər verin. Nə dinləmək, izləmək istəyirsinizsə, ona vaxt ayırın. İcazə verin, dinləmək istəyən rahat dinləsin. Bir-birimizin ayağına dolaşmayaq”.

Müğənni bir çoxlarını paxıl adlandırıb:

“Son günlər anladım ki, məsələ mənim mahnılarım yox, uğurlarım imiş”.

Qeyd edək ki, Ü.Mehdizadə və A.Qasımov "Nəyindən narahatsan" adlı mahnını duet oxuyublar.\\axsam/az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR