Emmy 2026: Onlar qalib seçildi

Emmy 2026: Onlar qalib seçildi
Kateqoriya məlum deyil
T

Televiziya dünyasının ən nüfuzlu mükafatlarından sayılan 2026-cı il “Emmy” mükafatlarının qalibləri açıqlanıb.

Sfera.az xəbər verir ki, gecənin diqqətçəkən layihələrindən biri “The Pitt” serialı olub. Serial ardıcıl ikinci dəfə “Ən yaxşı dram serialı” mükafatına layiq görülüb.


“Hayks” (“Hacks”) serialının ulduzu Yan Smart isə komediya kateqoriyasında “Ən yaxşı qadın aktyor” mükafatını beşinci dəfə qazanıb. Bununla da Smart bir serialın hər mövsümündə “Emmy” mükafatına layiq görülən ilk qadın aktyor kimi tarixə düşüb.


Metyu Riz də gecənin yadda qalan simalarından olub. Aktyor eyni mərasimdə iki fərqli layihə üzrə baş rol kateqoriyasında mükafat qazanıb.
“Emmy-2026” mükafatlarının əsas qalibləri bunlardır:


Ən yaxşı dram serialı: “The Pitt”
Dram serialında ən yaxşı kişi aktyor: Noa Uayl - “The Pitt”
Dram serialında ən yaxşı qadın aktyor: Ria Zinhorn - “Pluribus”
Dram serialında ən yaxşı ikinci plan kişi aktyor: Tom Pelfri - “Task”
Dram serialında ən yaxşı ikinci plan qadın aktyor: Allison Kanni - “The Diplomat” Ən yaxşı komediya serialı: “Widow’s Bay”
Komediya serialında ən yaxşı kişi aktyor: Metyu Riz - “Widow’s Bay”
Komediya serialında ən yaxşı qadın aktyor: Yan Smart - “Hacks”
Komediya serialında ən yaxşı ikinci plan kişi aktyor: Stiven Rut - “Widow’s Bay”
Komediya serialında ən yaxşı ikinci plan qadın aktyor: Keyt Oflinn - “Widow’s Bay”
Ən yaxşı mini-serial: “DTF St. Louis”
Mini-serialda ən yaxşı kişi aktyor: Metyu Riz - “The Beast in Me”
Mini-serialda ən yaxşı qadın aktyor: Salli Fild - “Remarkably Bright Creatures”
Mini-serialda ən yaxşı ikinci plan kişi aktyor: Devid Harbor - “DTF St. Louis”
Mini-serialda ən yaxşı ikinci plan qadın aktyor: Linda Kardellini - “DTF St. Louis” Ən yaxşı animasiya serialı: “South Park”
Ən yaxşı sənədli serial: “Mr. Scorsese”
Ən yaxşı estrada xüsusi proqramı: “Super Bowl”

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR