Mert Yazıcıoğlunun şəxsi həyatında dəyişiklik olacaq

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn məşhur aktyor Mert Yazıcıoğlu sevgilisi Zeynep Artukmaç ilə birlikdə yeni evə köçmək üçün hazırlıqlara başlayıb. Son dövrlərdə rol aldığı layihələrdəki uğurlu çıxışları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyor yeni sevgilisi ilə yaşayacağı ev üçün daha əvvəl də yaşadığı bölgəyə üstünlük verib.
Sfera.az xəbər verir ki, Zeynep Artukmaç ilə münasibətə başlayan Mert Yazıcıoğlu jurnalistlərin “Münasibətiniz xeyirli olsun” sözlərinə “Təşəkkür edirəm” deyərək münasibətini təsdiqləyib.
Aktyor daha sonra münasibətlərinin yaxşı getdiyini bildirərək, “Hər şey qaydasındadır, olduqca xoşbəxtik” sözləri ilə sevgilisi ilə birlikdə xoşbəxt olduğunu dilə gətirib.
İddialara görə, Mert Yazıcıoğlu və Zeynep Artukmaç birlikdə yaşayacaqları ev üçün İstanbulun Zekeriyaköy ərazisində villa axtarışına başlayıblar.
Mert Yazıcıoğlu əvvəllər Sarıyerin Uskumruköy ərazisində yaşayıb. Həmin dövrdə baş verən bəzi hadisələrdən sonra bölgədən ayrılan aktyor illər sonra yenidən Sarıyerə üz tutub.
İradə Elsevər






