Logo

Romantizm istəyən Pınar Altuğa həyat yoldaşından cavab

Romantizm istəyən Pınar Altuğa həyat yoldaşından cavab
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur aktrisa Pınar Altuğ və həyat yoldaşı Yağmur Atacan aralarında baş verən səmimi və əyləncəli dialoqla gündəmə gəlib.

Sfera.az xəbər verir ki, Pınar Altuğ özündən 9 yaş kiçik həmkarı Yağmur Atacanla 2008-ci ildə ailə həyatı qurub. Uzun illərdir xoşbəxt evliliklərini davam etdirən cütlük bu dəfə romantizm mövzusunda etdikləri söhbətlə diqqət çəkib.

Pınar Altuğ həyat yoldaşının zaman keçdikcə dəyişdiyini deyərək, artıq ona əvvəlki kimi romantik jestlər etməməsindən gileylənib. Aktrisanın bu şirin iradına Yağmur Atacandan cavab gecikməyib.

Romantizm istəyən Pınar Altuğa həyat yoldaşından cavab

Atacan özünü gülərək müdafiə edib və “Koskoca adamam, bu saatdan sonra nə edim?” deyə cavab verib. Cütlüyün bu səmimi dialoqu sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR