"Məni siz qalib etdiniz" - İslam Mehrəliyev
Kateqoriya məlum deyil
"Maşın" realiti-şousunun qalibi İslam Mehrəliyev təəssüratlarını bölüşüb.
Axşam.az-ın məlumatına görə, aktyor ona səs verənlərə təşəkkürünü bildirib:
"Doğma Azərbaycanım, "Maşın" da məni qalib edən Allahın izni ilə siz oldunuz. Allahdan sizlərə can sağlığı, sağlam həyat arzu edirəm. Siz məni sevindirdiniz, Allah da sizi və ailənizi hər zaman sevindirsin. Bu gün Məryəm balanı evə gətirdim".
Qeyd edək ki, İslam bir neçə gün əvvəl ikinci dəfə ata olub. Qızı dünyaya gələn aktyor ona Məryəm adını qoyduqlarını deyib.






