Logo

"Maşın" şounun finalı - İslam ağladı (YENİLƏNİB)

"Maşın" şounun finalı - İslam ağladı (YENİLƏNİB)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun finalı davam edir.
Sfera.az xəbər verir ki, ötən gün səhhətində problem yaranan Murad Dadaşov yenidən efirə qayıdıb. O qeyd edib ki, ötən gün ayağından yüngül əməliyyat keçirdiyinə görə, ilk dəfə "Maşın” şounu televiziya qarşısında izləyib. Hazırda səhhətinin normal olduğunu deyən Murad Dadaşov ciddi final mərhələsinin başlandığını elan edib və qaydaları bir daha xatırladıb.
***
Verilişdə iştirakçıları müxtəlif qonaqlar ziyarət edir. Sənət dostları, müğənnilər, aparıcılar və sair... O cümlədən, bu gün ata olan İslamın bacısı da qardaşına baş çıkib. O, aktyora yenicə doğulmuş qızının fotolarını göstərib. Real həyatda hələ qızının üzünü görməyən İslam göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova, aktyor Elcan Rəsulov və İslam Mehrəliyev iki gündür ki, finalda mübarizəni davam etdirirlər. Hələlik heç biri təslim olmaq istəmir.(baku.ws)

"Maşın" şounun finalı - İslam ağladı (YENİLƏNİB)

"Maşın" şounun finalı - İslam ağladı (YENİLƏNİB)

"Maşın" şounun finalı - İslam ağladı (YENİLƏNİB)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR